Yeni ildə sərt qapanma olacaq? – AÇIQLAMAbackend

Yeni ildə sərt qapanma olacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Ekspertlər hesab edirlər ki, yoluxma sayında müşahidə olunan azalma cəmiyyətdə arxayınlıq yaratmamalıdır. Yeni il ərəfəsində kütləvi tədbirlər və ziyafətlərə görə yoluxma sayının təkrar artacağı da istisna deyil. Məsələn, Böyük Britaniya bu təhlükəni dəf etmək üçün paytaxt Londonda Yeni il şənliyini ləğv edib, teatrlarda tamaşalar dayandırılıb.

Bayram günlərində Azərbaycanda da yoluxma sayının qarşısını almaq üçün analoji təcrübədən istifadə edilə bilərmi? Kütləvi tədbirlərin ləğvi gözlənilirmi?

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında həkim-terapevt Rasif Bağırov deyib ki, insanlarda etinasızlıq artıb: “Yoluxma azalan kimi insanlar fikirləşir ki, hər şey bitdi. Amma qoruyucu tədbirlər görülməlidir. Bu tədbirlər hələ minimum 6 ay saxlanılmalıdır. Çünki əhalinin bütün təbəqələri tam nəzarət altında deyil. Kifayət qədər sərbəst sahələr var. Onlar vasitəsilə yeni yoluxma dalğalarının yaranması mümkündür”.

R.Bağırov qeyd edib ki, yoluxma sayının azalmasında peyvəndləmənin də rolu var: “Kütləvi tədbirlərdə maskaların taxılması, sosial məsafənin gözlənilməsi ilə bayram tədbirlərini keçirmək olar. Peyvənd də müəyyən dərəcədə müsbət təsir göstərir”.