Yeni ildə Şuşaya giriş-çıxış məhdudlaşdırılacaq? – AÇIQLAMAbackend

Yeni ildə Şuşaya giriş-çıxış məhdudlaşdırılacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr – 2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyindən məlumatında qeyd olunub.

“Bildirik ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”, – məlumatda deyilir.