Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR – VİDEObackend

Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-i qarşılamağımıza sayılı günlər qalıb. İndidən hər kəs Yeni il gecəsi üçün plan qurur. Bölgələri seçənlərin sayı isə heç də az deyil. Müxtəlif rayonlarda hotellərin yarıdan çox hissəsi artıq rezerv olunub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, əsas tələbat Quba-Qusar, Şəki-Zaqatala-Qax, Lerik-Lənkəran, Şamaxı-İsmayıllı-Qəbələ zonasınadır. Müxtəlif şou proqramlar, tanınmış müğənnilər, əyləncəli oyunlar təklif edən hotellər bayram üçün qiymətləri isə xeyli artırıb. Hətta hotellərin 2 nəfər üçün 3 gecəyə təklif etdiyi bu qiymətlər hazırkı bəzi xarici səfərlərdən daha bahadır.Yeni il günlərində 1 nəfərin 1 gecəsi azı 250-300 və daha baha başa gəlir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, həm yerli, həm də xarici turistlər Yeni il üçün əsasən şimal bölgəsinə üstünlük verirlər. Qiymətlərə gəlincə, ekspert də əsasən 5 ulduzlu hotellərin baha olduğunu bildirdi.

Ekspert deyir ki, 3-4 ulduzlu hotellərdə qiymətlər nisbətən aşağıdır. Çünki bu hotellərdə şou proqram ya zəif təşkil olunur, ya da Ümumiyyətlə olmur. Qiymətlər 1 nəfər üçün 3 gecəlik 300-500 manat aralığında dəyişir. Bura səhər və şam yeməyi də daxildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.