“Yeni Klinika” (VÖEN: 1604005991) açıq müsabiqələr elan edib.
NOCOMMENT.az xəbər verir ki, elan olunan müsabiqələr aşağıdakılardır:
1. Endoskopik və Laparoskopik əməliyyatlar üçün alət, avadanlıq, aksesuar və digər mallar – Satınalmanın ehtimal olunan qiyməti 119 min 715 manat 28 qəpikdir. Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat 18:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 18:00-da keçiriləcək. İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manatdır.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
1 | TEO® Obturator- Cərrahi Rektoskop Boruları ilə istifadə üçün (Rektoskop 7,5sm) | TEO® Obturator, 24942 TK və 24942 TKG Cərrahi Rektoskop Boruları ilə istifadə üçün. Bu və ya ekvivalenti | 1 | ədəd |
2 | Artikulyasiyalı stend – Döndürmə Yuvası(əməliyyat masasına bərkidilmək üçün) | Döndürmə Yuvası, əməliyyat masasına bərkidilmək üçün, üzərində əvvəlcədən quraşdırılmış 28172 HRS kəpənək vintli, Avropa və ABŞ standart relsləri ilə istifadə üçün, oynaqlı dayağın hündürlük və bucaq tənzimlənməsi üçün yan sıxma elementi ilə. Bu və ya ekvivalenti | 1 | ədəd |
3 | Artikulyasiyalı stend – Oynaqlı Dayaq | Oynaqlı Dayaq, gücləndirilmiş versiya, yalnız U-şəkilli, bütün beş oynaqlı funksiyanı idarə edən mərkəzi mexaniki sıxac ilə, bərkidici ilə: KSLock (dişi). Bu və ya ekvivalenti | 1 | ədəd |
4 | “CLICKLINE KELLY Universal Tutma Forsepsləri | “CLICKLINE KELLY Universal Tutma Forsepsləri, fırlanan, sökülə bilən, izolyasiyalı, unipolar koaqulyasiya üçün birləşdirici pin ilə, təmizləmə üçün LUER-Lock sulama birləşdiricisi ilə, tək hərəkətli çənələr, çənələr aşağıya meylli, uzun, ölçüsü 5 mm, uzunluğu 36 sm, tərkibində: 33151 Plastik Sap, qıfıqsız, böyük təmas sahəsi ilə 33300 Metal Xarici Qılıf 25310 ML Forseps Daxili Hissəsi”. Bu və ya ekvivalenti | 2 | ədəd |
5 | Karl Storz markalı Endoflator cihazı | Insufflyator ENDOFLATOR® +, enerji təchizatı 100-240 VAC, 50/60 Hz. Müəssisədə mövcud Karl Storz Markalı Unitinə uyğunlaşdırıla bilən | 1 | ədəd |
6 | Karl Storz markalı Endoflator Sərfiyyat dəsti | İnsuflyasiya Boru Dəsti, qaz filtrli, isidilə bilən, tüstü çıxarılması üçün, rütubətləşdirmə üçün, 3 m, steril, tək istifadə üçün, 10-luq paket, Müəssisədə mövcud KARL STORZ Markalı ENDOFLATOR® + ilə istifadə üçün. | 3 | ədəd |
7 | Karl Ştorz markalı Unipolar kabel | 26005M -Unipolyar Yüksək Tezlikli Kabel, 5 mm-lik ştekerlə, uzunluğu 300 sm, Müəssisədə mövcud AUTOCON® III və AUTOCON® II marka ilə istifadə üçün, Erbe ICC və Erbe VIO 301 tipli qoşulma ilə uyğun | 10 | ədəd |
8 | HOPKINS® İrəli-Meylli Teleskop 30° | HOPKINS® İrəli-Meylli Teleskop 30°, bucaqlı gözlük, diametri 5 mm, uzunluğu 21 sm, avtoklavlana bilən, fiber optik işıq ötürülməsi ilə təchiz olunmuş, rəng kodu: qırmızı. Bu və ya ekvivalenti | 2 | ədəd |
9 | TEO® Cərrahi Rektoskop Borusu (Rektoskop 7,5 sm) | TEO® Cərrahi Rektoskop Borusu, xarici diametri 40 mm, işçi uzunluğu 7,5 sm, tutma sistemi üçün dəstək sapı ilə, buxarın çıxarılması üçün LUER-Lock birləşdiricisi. Bu və ya ekvivalenti | 1 | ədəd |
10 | TEO İşçi Aksesuarı (Rektoskop 7,5sm) | TEO İşçi Aksesuarı, 5 mm ölçülü alətlər üçün 2 kanal və 12 mm-ə qədər alətlər üçün 1 kanal, silikon qapaqlı klapan ilə avtomatik möhürləmə, insuflyasiya üçün LUER-Lock birləşdiricisi, 24942 TK ilə istifadə üçün, HOPKINS® Teleskopu 24941 BA üçün qoşma ilə. Bu və ya ekvivalenti | 1 | ədəd |
11 | Möhür dəsti (Rektoskop üçün) | Seal Set OR Rektoskop üçün , tərkibində: 2x 8828790 Kiçik Möhürlü Körük, 5 mm alətlər üçün 8828890 Böyük Möhürlü Körük, 5 mm alətlər üçün 8828990 Böyük Möhürlü Körük, 10 mm alətlər üçün 8829090 Böyük Möhürlü Körük, 12 mm alətlər üçün 2x 8322790 Silikon Qapaqlı Yuyucu 7962190 Silikon Qapaqlı Yuyucu, diametri 22 mm, yarıq eni 16 mm 2183790 O-Halqa, TEO™ İşçi Aksesuarları 24941A/AK və 24942A/AK/AL ilə istifadə üçün. Bu və ya ekvivalenti | 5 | ədəd |
12 | TEO® Cərrahi Rektoskop Borusu (Rektoskop 15 sm) | TEO® Cərrahi Rektoskop Borusu, xarici diametri 40 mm, işçi uzunluğu 15 sm, tutma sistemi üçün dəstək sapı ilə, buxarın çıxarılması üçün LUER-Lock birləşdiricisi. Bu və ya ekvivalenti | 1 | ədəd |
13 | TEO® Obturator – Cərrahi Rektoskop Borusu ilə istifadə üçün (Rektoskop 15sm) | TEO® Obturator, 24942T Cərrahi Rektoskop Borusu ilə istifadə üçün. Bu və ya ekvivalenti | 1 | ədəd |
14 | TEO İşçi Aksesuarı (Rektoskop 15sm) | TEO İşçi Aksesuarı, 5 mm ölçülü alətlər üçün 2 kanal və 12 mm-ə qədər alətlər üçün 1 kanal, silikon qapaqlı klapan ilə avtomatik möhürləmə, insuflyasiya üçün LUER-Lock birləşdiricisi, 24942 T ilə istifadə üçün, HOPKINS® Teleskopu 24941 BA üçün qoşma ilə. Bu və ya ekvivalenti | 1 | ədəd |
15 | Disseksiya Elektrodu | Disseksiya Elektrodu, proximaldan və distal tərəfdən aşağı əyilmiş, iynə şəklində, ölçüsü 5 mm, işçi uzunluğu 33 sm. Bu və ya ekvivalenti | 2 | ədəd |
16 | Trokar, ölçü: 11 mm | 30103MP -Trokar, ölçü: 11 mm, rəng kodu: yaşıl,aşağıdakılardan ibarətdir: 30103 P Yalnız trokar, piramidal uclu 30103 H2 Vana olmadan kanula, insuflyasiya klapanı ilə, uzunluq: 10.5 sm 30103 M1 Çoxfunksiyalı klapan. Bu və ya ekvivalenti | 10 | ədəd |
17 | Reducer, 11/5 mm | 30141DB-Reducer, 11/5 mm . Bu və ya ekvivalenti | 10 | ədəd |
2. Səssiz kabin – Satınalmanın ehtimal olunan qiyməti 186 min 971 manatdır. Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat 18:00-dır. Zərflərin açılışı həmin tarixdə saat 18:00-da olacaq. İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manatdır.
Kabin tamamilə səssiz şəkildə audioloji müayinələrin aparılmasına uyğun olmalı, (səthə işlənmiş) poladdan hazırlanmalıdır. Operator otağı tək, xəstə otağı isə ikiqat divarlı olmalı, elektrostatik boya ilə örtülməlidir. Daxili səthdə 1 mm qalınlığında poladdan hazırlanmış, 3 mm-lik deşik diametri və deşiklər arası 4 mm məsafə ilə düzülmüş deşikli polad panellər istifadə olunmalıdır. Divar qalınlığı minimum 10 sm, daxili və xarici səthlər arasında isə 10 sm boşluq saxlanılmalıdır. Kabin panel konstruksiyalı olmalı, panellər bir-birinə keçərək səssiz mühit təmin edilməlidir. Panel birləşmələri yerində montaj edilərək yekunlaşdırılmalıdır. Kabin yalnız poladdan hazırlanmalı, digər metal materiallardan istifadə edilməməlidir. Panellərin xarici səthində 1,5 mm, operator otağının tabanında 2 mm, xəstə otağının əsas hissəsində 3 mm, qapılarda isə 2 mm qalınlığında polad istifadə olunmalıdır. 500 Hz üçün fon səs səviyyəsi ≤ 21 dB, 1000 Hz üçün ≤ 26 dB, 4000 Hz üçün ≤ 34 dB olmalıdır Operator otağı və xəstə otağı bir-birindən tam müstəqil olmalı, eyni əsas (taban) üzərində yerləşməməlidir. Operator otağı yerə quraşdırılmış kanallar üzərində, xəstə otağı isə 10 sm qalınlığında, 3 mm poladdan hazırlanmış əsas üzərində qurulmalıdır. Kabinin ümumi ölçüləri təxminən 2900 x 4600 mm, xəstə otağının daxili ölçüləri 2300 x 2200 mm, operator otağının daxili ölçüləri 2700 x 1700 mm olmalıdır. Qapı ölçüsü təxminən 800 x 1900 mm, pəncərə ölçüsü isə 700 x 750 mm-dir. Kabin təxminən 5–5,5 ton çəkiyə malik olmalı və quraşdırılacağı otağın hündürlüyü minimum 2900 mm olmalıdır. Kabin 5 sm qalınlığında rezin dayaqlar üzərində quraşdırılmalıdır. Qapılar səs izolyasiyalı və mexaniki sistemlə bağlanan tipdə olmalı, xəstə otağında iki, operator otağında bir ədəd quraşdırılmalıdır. Qapılar əlil arabasının girişinə uyğun ölçüdə olmalı, açılıb-bağlanması üçün qapı dəstəyi ilə təchiz edilməlidir. Əlil arabası üçün rampa sistemi təmin edilməli, bu xüsusiyyətlər əvvəlki çatdırılmış kabin şəkilləri və istehsalçı kataloqu ilə sübut olunmalıdır. Qapı bağlandıqda tam olaraq çərçivəyə yerləşməli, xaricə çıxıntı verməməli və bağlandıqdan sonra içəridə əks-səda (yankı) müşahidə olunmamalıdır. Kabində iki tərəfli səs keçirməyən pəncərə olmalı, daxildə hava yolu və sümük yolu qulaqlıqları, yüksək tezlikli qulaqlıqlar, xəstə cavab düyməsi və talk-back mikrofonu üçün askılar quraşdırılmalıdır. Odyometri cihazı üçün ayrıca, profil materialdan hazırlanmış, MDF üstlü, çekmecəli masa təmin edilməlidir. Döşəmə PVC örtüklü olmalı, işıqlandırma sistemi 220 voltla, panel içərisinə gizlədilmiş formada quraşdırılmalıdır. Operator və xəstə otağında istifadə olunan kabellər yanmaz olmalı, elektrik sistemi gizli çəkilməli, açıqda heç bir kabel olmamalıdır. Bütün elektrik xətləri panellərin içərisində kanallarla çəkilməli və buat (birləşmə qutusu) içərisində birləşdirilməlidir. Kabindən 3×2,5 kabel çıxışı verilməli və priz yuvaları panel daxilində quraşdırılmalıdır. Operator otağında minimum 3 ədəd elektrik prizi, 2 ədəd UPS prizi, 1 ədəd data prizi, xəstə otağında isə ən azı 2 ədəd elektrik prizi olmalıdır. İşıqlandırma sistemini ayrı-ayrılıqda idarə etmək üçün şüşəli panel üzərində ikili açar sistemi olmalıdır. Kabində 4 ədəd havalandırma qutusu (xəstə otağında 2, operator otağında 2) yerləşdirilməli, ölçüləri minimum 250 x 250 x 1600 mm olmalıdır. Hər otaqda biri təmiz havanı daxilə üfürməli, digəri isə çirkli havanı çölə çıxarmalıdır. Havalandırma sistemləri səsboğucu kameralar və vibrasiya əleyhinə sistemlərlə təchiz olunmalı, operator otağından şüşəli panel üzərində ikili açar sistemi ilə ayrı-ayrılıqda idarə olunmalıdır. Sistem saatda minimum 160 m³ hava dövriyyəsini təmin etməlidir. Kabin daxilində sərbəst sahə sistemi üçün dinamiklərin qoşulması üçün gömülü priz sistemi təmin edilməli, qırmızı və qara rəngli prizlərlə işarələnməlidir. Xəstənin sağ və sol tərəfində iki ədəd dinamik qoşulma girişi olmalı, operator otağında yerləşən 4 girişli dinamik fiş sistemi (pleksiglas materialdan hazırlanmış) vasitəsilə odyometri cihazı ilə əlaqə qurulmalıdır. Dinamiklərin yerləşdirilə biləcəyi ölçüdə elektrostatik boyalı profildən hazırlanmış, MDF örtüklü iki masa verilməlidir. Kabin daxilində və xaricində audioloji cihazların qoşulması üçün jack panel sistemi quraşdırılmalı, bu sistemdə hava yolu, sümük yolu, xəstə cavab düyməsi, yüksək tezlik, talk-back jack girişlərinin adları lazerlə yazılmalı və silinməyə qarşı davamlı olmalıdır. Kabin audioloji cihazlara qoşularaq işlək vəziyyətdə təhvil verilməli, beynəlxalq test nəticələri və sertifikatları təqdim olunmalı, ən azı bir illik zəmanət və servis xidməti ilə təmin edilməlidir. Uşaq pasiyentlər üçün kabin daxilində oyun alanı təmin olunmalı, bu məqsədlə 3 mm qalınlığında pleksiqlasdan hazırlanmış, 250 x 250 x 400 mm ölçülü 2 ədəd işıqlandırılmış qutu, içərisində 12 voltluq LED işıq, 5 voltla işləyən 2 ədəd işıqlı oyuncaqlar, 220 voltla işləyən enerji mənbəyi, 2 ədəd voltaj kabeli və uzaqdan idarəetmə pultu ilə təmin olunmalıdır. Pult vasitəsilə işıqlar və oyuncaqlar eyni anda işə salınıb dayandırılmalıdır. Kabinə uyğunlaşdırılmış audiometr cihazı təmin olunmalı, bu cihaz həm yetişkin, həm də pediatrik müayinələr üçün uyğun parametrlərə malik olmalı, LCD ekran, yaddaş, çap, şəbəkə bağlantısı və məlumat ötürmə imkanları olan komputer sistemi ilə birlikdə təqdim olunmalıdır. Cihaz tam komplekt şəkildə, komplektasiya sənədi, istifadə kitabçası və beynəlxalq sertifikatlarla təchiz olunmalı, quraşdırılması və istifadəyə verilməsi təmin edilməli, ən azı bir il zəmanət və servis xidməti ilə təqdim olunmalıdır. Qurğunun beynəlxalq test nəticələrinə uyğunluğu və nəticə göstəriciləri cihaz üzərində açıq şəkildə göstərilməlidir. (2 qatlı)
3. Tibb bacısının çağırış sistemi – Satınalmanın ehtimal olunan qiyməti 436 min 125 manatdır. Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat 18:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 18:00-da keçiriləcək. İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
1 | Kabel dəstəkli təcili yardım düyməsi | Pasient otaqlarında yerləşən sanitar qovşaqlarda, pasientlərin təcili hallarda kabelli təcili yardım düyməsini çəkərək tibb bacılarından dəstək almaqları üçün uyğundur. Kabeli çəkdikdə Zəng və ya Təcili yardım siqnalı qəbulediciyə göndərilməlidir. Quraşdırılma daxil | 300 | ədəd |
2 | Tibb bacısı üçün bildiriş Displeyi | Tibb bacılarının çağırış sisteminin tərkib hissəsi kimi çıxış edərək, minimum 20 qrup zəng nömrələrini saxlamalıdır İl, ay, gün, həftə, saat, dəqiqə ekranını, zəng çarpayısının nömrəsini və seriya nömrəsini ekranda göstərə bilməlidir Minimum Ölçüsü 520*280*36mm Məlumatlar Windows əməliyyat sisteminə ötürülə bilməlidir. Quraşdırılma daxil | 30 | ədəd |
3 | Reanimasiyada müalicə alan pasientlər üçün video zəng dəstəkli daşınabilən avadanlıq | Tibb Bacısı İD kart və ya üz tanıma ilə avadanlığı aktivləşdirməlidir. Quraşdırılma daxil | 5 | ədəd |
4 | Proqram təminatı | 1. Ümumi tələblər -Proqram təminatı veb əsaslı olacaq və Azərbaycan dilini dəstəkləyəcəkdir. Sistem desktop brauzer və mobil cihazlar (PWA – Progressive Web App) üzərindən işləyəcək, ayrıca mobil tətbiq tələb olunmur. Gələcəkdə əlavə olunacaq funksiyaları dəstəkləmək üçün çevik modul arxitektura təmin ediləcəkdir. Minimum 150 aktiv istifadəçi eyni vaxtda sistemdən istifadə edə biləcəkdir. 2. Funksional tələblər – Çağırışların qəbulu və idarə olunması: otaq/çarpayı üzrə çağırışlar sistemdə görünəcək, dispetçer və tibb bacıları tərəfindən izlənəcək. Status idarəsi: Çağırışların axını Yeni → Təyin olundu → Qəbul edildi → Yerində → Bağlandı mərhələlərində idarə olunacaq. Bildirişlər: Çağırışlar həm veb paneldə, həm də mobil cihazlarda push bildiriş, SMS və e-poçt vasitəsilə göstəriləcək. Xəritələnmə: Binanın planı üzrə otaqlar/çarpayılar sistemdə qeyd olunacaq və çağırışlar həmin plan üzərindən izlənə biləcək. Statistika və hesabatlar: Çağırışların sayı, cavab müddətləri, şöbə və otaqlar üzrə statistikalar Excel və ya CSV formatında çıxarıla biləcək. 3. Texniki tələblər-Verilənlər bazası: MySQL (əlavə olaraq digər DB-lərə ehtiyac yoxdur). Server tərəfi: PHP, müştəri tərəfi: JavaScript (Bootstrap/JS). Arxitektura: B/S (Browser/Server) modeli, yüngül və genişlənə bilən. Təhlükəsizlik: Rol əsaslı giriş hüquqları (admin, dispetçer, tibb bacısı), audit logları, HTTPS dəstəyi. Backup və bərpa: Məlumatların gündəlik ehtiyat nüsxəsi, 30 gün saxlanma. Dəstək və saxlanma: Təhlükəsizlik yeniləmələri, texniki dəstək xidməti, sistemin stabil işləməsini təmin edən monitorinq mexanizmi. | 1 | ədəd |
5 | Simsiz Sensorlu çağrı qəbuledicisi ( Saat ) | Tibb bacılarının pasientləri haqqında bildirişləri əldə edib, lazımı prosedurları icra etmək üçün istifadəyə yararlı olmalıdır. Ən az 4 zəng mesajı göstərməyə malik olmalıdır. Batareyanın az olduğunu xatırlatmaq funksiyası olmalıdır | 55 | ədəd |
6 | Simsiz dəstəyi olan təcili yardım düyməsi | Pasientlərin tibb bacılarını köməyə gəlmələri üçün dəstək düyməsi vasitəsi ilə çağırmağa köməklik göstərir. Zəng etmək (çağırmaq) və ləğv et funksiyalarına malik olmalıdır. Quraşdırılma daxil | 500 | ədəd |
7 | Simsiz qapı lampası | İnsanların hərəkət etdiyi və yaxınlaşdığı zaman avtomatik yanaraq dəstək olur. 2 işıq göstəricisinə malikdir, batareya və ya USB ilə çalışa bilir.Pasient tibb bacısını çağırdıqda işıq yanmalıdır.Quraşdırılma daxil | 300 | ədəd |
8 | Dəhliz ekran paneli | Dəhlizlərdə divar və ya tavana quraşdırılaraq məşğul olan tibb bacıları üçün sürətli və aydın zəng göstəricisini təmin etmək üçün yararlıdır. İkitərəfli dörd rəqəmli displeyə malikdir. Zəng məlumatı olduqda, səsli yayımı dəstəkləməyə malikdir. Zəng yaddaşı olmadıqda vaxtı göstərə bilir. Quraşdırılma daxil | 30 | ədəd |
9 | Giriş kontrol mərkəzi | Tibb Bacısına təhkim edilmiş İD kart vasitəsi ilə kartı kontrollerdən Giriş/çıxış üçün istifadə etməlidir. Quraşdırılma daxil | 300 | ədəd |
10 | Xəstə qolbağı | Pasientlərin izlənilməsi mümkün olmalı, çağrı funksiyası olmalı,qolbaqlar simsiz şəbəkəyə qoşula bilməli və zərbə sensoru olmalıdır ( xəstə yerə yıxıldığı zaman bildiriş göndərilməsi üçün ) | 550 | ədəd |
Əlaqələndirici şəxs: Mirteyub Təyublı – Satınalma şöbəsinin müdiri
Əlaqə: [email protected], +994 12 505 62 31
İddiaçılar təkliflərini 20 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, H.Əliyev prospekti 142 ünvanına təqdim edə bilərlər.\\FED.az