“Yeni klinika” da İTS çərçivəsində müraciət edənlərin sayı durmadan artırbackend

“Yeni klinika” da İTS çərçivəsində müraciət edənlərin sayı durmadan artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə müraciət edənlərə 51 755 ambulator tibbi xidmət göstərilib.

NOCOMMENT.az -ın məlumatına görə 2022-ci ilin dekabr ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 7 862, stasionar tibbi xidmət üçün müraciət edənlər 231, əməliyyat olunan pasiyentlərin sayı isə 206 nəfər təşkil edib.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Xatırladaq ki, 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir.

Poliklinikada həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

NOCOMMENT.AZ