“Yeni klinika”da İTS çərçivəsində uğurlu uroloji əməliyyat icra edildi – VİDEObackend

“Yeni klinika”da İTS çərçivəsində uğurlu uroloji əməliyyat icra edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq uroloji komanda tərəfindən İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində “Radikal sistektomiya” əməliyyatı həyata keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə sidik kisəsində yandırma, göynəmə şikayətləri ilə klinikaya müraciət edən pasientdə sidik kisəsinin çox hissəsini tutan, təkrarlanan sidik kisəsi törəməsi aşkar edilib.

MD, PhD, Tibb elmləri namizədi Dr. Emil Muxtarov, Dr. Azad Süleymanov, Uzman Dr. Məcid Haqverdiyev  tərəfindən xəstəyə total sisto(prostato)ektomiya, genişləndirilmiş limfodisseksiya və sidik axarlarının rekonstruksiyası əməliyyatları icra edilib.

Uğurlu əməliyyatdan 10 gün sonra xəstə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, eyni il ərzində sidik kisəsinin törəməsinə görə 2 dəfə cərrahi əməliyyat keçirən xəstə ilk dəfə İTS çərçivəsində “Yeni klinika”da əməliyyat olunub.