“Yeni klinika”da tibb və qeyr-tibb işçiləri təltif edildi – FOTObackend

“Yeni klinika”da tibb və qeyr-tibb işçiləri təltif edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə klinika əməkdaşları ilə görüş keçirilib.

NOCOMMENT.az xəbər verir ki, klinikada fəaliyyət göstərən tibb və qeyri-tibb personalının iştirakı ilə baş tutan görüşün məqsədi pandemiya və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə bir sıra tibb və qeyr-tibb işçilərinin təltif edilməsidir.

“Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev əvvəlcə klinika əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Klinikanın hər bir əməkdaşının əzmi sayəsində qısa müddət ərzində uğurlar əldə etdiyini qeyd edən baş həkim növbəti ildə tibb müəssisənin daha böyük nailiyyətlərə imza atacağına inandığını qeyd edib.

Cavid Paşayev pandemiya və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini yerinə yetirən həkim və tibb işçilərinin gördükləri işlərin danılmaz bir fakt olduğunu vurğulayıb:

“Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırdılar. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. İstər ön cəbhədə, istər arxa cəbhədə savaşan hər kəsin bizim qələbəmizdə xüsusi rolu var.” – deyə C.Paşayev qeyd edib.

Baş həkim çıxışında klinika kollektivi adından əməyi keçən bütün tibb və qeyri-tibb işçilərinə minnətdarlığını bildirib.

Sonda pandemiya və Vətən müharibəsi dövrünü əks etdirən qısa film nümayişinin ardınca təltifetmə mərasimi baş tutub.