“Yeni klinika” mini Futbol Turnirinə start verildibackend

“Yeni klinika” mini Futbol Turnirinə start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində klinikanın həvəskar futbolçu əməkdaşları arasında təşkil olunan ilk mini Futbol Turnirinə start verildi.

NOCOMMENT.az xəbər verir ki, müəssisə rəhbərliyinin iştirakı ilə baş tutan Futbol Turnirinin keçirilməsinin əsas məqsədi futbolun və sağlam həyat tərzinin təşviqi, idmana həvəsin artırılması, əməkdaşlar arasında əlavə motivasiya üçün şərait yaradılmasıdır.

Açılış nitqi ilə çıxış edən “Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev bu cür təşəbbüslərin daxili kommunikasiyanın inkişaf etdirilməsi üçün önəmli olduğunu bildirərək iştirak edən komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, 17 dekabr tarixindən start verilən “Yeni klinika” mini Futbol Turnirində müəssisənin tibbi və qeyri-tibbi əməkdaşlarından ibarət “Təcili Tibbi Yardım”, “Mühasibatlıq”, “Depo”, “Elektron İdarəetmə” “Təhlükəsizlik”, “Əməliyyatxana”, “GESCO” və “Mühəndis Mexanika” komandaları mübarizə aparacaq.