“Yeni klinika” mini futbol turnirinin final mərhələsi keçirildi – FOTObackend

“Yeni klinika” mini futbol turnirinin final mərhələsi keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin əməkdaşları arasında təşkil olunan ilk mini futbol turnirinin final mərhələsi təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, tibb müəssisəsinin əməkdaşlarının iştirakı ilə baş tutan futbol turnirinin keçirilməsinin əsas məqsədi futbol və sağlam həyat tərzinin təşviqi, idmana həvəsin artırılması və daxili kommunikasiyanın inkişaf etməsini təmin etməkdir.

Turnirin gərgin və olduqca həyəcanlı keçən final mərhələsində “Təcili Tibbi Yardım” komandası 7:3 hesabı ilə “GESCO” komandasını məğlub edərək qalib olub.

Qeyd edək ki, 17 dekabr tarixindən start verilən futbol turnirində müəssisənin tibb və qeyri-tibbi əməkdaşlarından ibarət “Təcili Tibbi Yardım”, “Mühasibatlıq”, “Depo”, “Elektron İdarəetmə” “Təhlükəsizlik”, “Əməliyyatxana”, “GESCO” və “Mühəndis Mexanika” komandaları mübarizə aparıblar.