Yeni Klinikanın işçi heyətinin 32 faizi gənclərdən ibarətdirbackend

Yeni Klinika”nın işçi heyətinin 32 faizi gənclərdən ibarətdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin işçi heyəti 278 tibb və 573 qeyri-tibb olmaqla 851 nəfərdən ibarətdir.

NOCOMMENT.az-ın məlumatına görə 32 faizi gənclərdən ibarət olan tibb müəssisəsində fəaliyyət göstərən gənc personalın sayı 274 nəfər təşkil edir.

Onlardan 29-u həkim, 70-i orta tibb, 175 nəfəri isə qeyri-tibb heyətinə daxildir.

Qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisin 8 may 2007-ci il tarixli qərarına əsasən gənclik yaşı 29 təyin edilib.