“Yeni klinika” tibb müəssisəsində bir İLK – VİDEObackend

“Yeni klinika” tibb müəssisəsində bir İLK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığorta ilə “laparoskopik düz bağırsağın ön rezeksiyası” əməliyyatı həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, düz bağırsağın kəskin qanaxması şikayəti ilə “Yeni klinika” tibb müəssisəsinə müraciət edərək müayinə edilən xəstəyə “düz bağırsağın qanayan törəməsi” diaqnozu qoyulub.

Ümumi cərrah Elşən Qədimovun peşəkar komandası müasir cərrahiyyənin üst səviyyə əməliyyatlarından hesab olunan “laparoskopik düz bağırsağın ön rezeksiyası” əməliyyatını uğurla həyata keçirmişdir.

Qeyd edək ki, klinikadan verilən məlumata görə icbari tibbi sığortanın vasitəsi ilə artıq bu tip əməliyyatlar “Yeni klinika”da hər kəs üçün əlçatandır.