“Yeni klinika” tibb müəssisəsində daha bir ilk – VİDEObackend

“Yeni klinika” tibb müəssisəsində daha bir ilk – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq İcbari Tibbi Sığorta xətti ilə laparoskopik yolla “Heller miyotomiya + Dor Fundoplikasiya” əməliyyatı həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, udma çətinliyi şikayəti ilə müraciət edən pasient müayinə edilərək axalaziya diaqnozu qoyulub.

Op.Dr. Alim Əkbərov peşəkar komandası ilə birlikdə müasir cərrahiyyənin üst səviyyə əməliyyatlarından hesab olunan laparoskopik yolla “Heller miyotomiya + Dor Fundoplikasiya” əməliyyatını uğurla icra edərək xəstənin şikayətlərinin aradan qalxmasını təmin edib.

Qeyd edək ki, axalaziya nadir görülən xəstəliklərdəndir. Həyat keyfiyyətini aşağı salan bu xəstəliyin əsas simptomları aşağıdakılardır:

  • Disfagiya – Udma çətinliyi;
  • Regurgitasiya – Qida möhtəviyyatının ağıza geri qayıtması;
  • Döş sümüyü arxasında ağrı;
  • Çəki itirmə.