“Yeni klinika”ya İTS xətti ilə müraciət edənlərin sayı 6 mini keçdibackend

“Yeni klinika”ya İTS xətti ilə müraciət edənlərin sayı 6 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Cərrahiyyə, Reanimasiya, Poliklinika şöbələrindən ibarətdir.

NOCOMMENT.az xəbər verir ki, poliklinikada həmçinin Urologiya, Kardiologiya, Terapiya, Ümumi Cərrahiyyə, Kardio Cərrahiyyə, Lor, Qastroenterologiya, Radiologiya, şöbələri fəaliyyətdədir. Klinikada ümumi cərrahiyyə şöbəsinə aid bir sıra əməliyyatlar icra olunur. Tibb müəssisəsində Terapiya şöbəsi isə stasionar olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, noyabr ayı ərzində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 6216, stasionar tibbi xidmət üçün müraciət edənlər 154, əməliyyat olunan pasiyentlərin sayı isə 108 nəfər təşkil edib. Müraciət edənlərə 42 267 ambulator tibbi xidmət göstərilib.

Müəssisənin işçi heyəti 91 həkim, 163 orta tibbi personal və 559 qeyri-tibbi olmaqla 813 nəfərdən ibarətdir.

“Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Ümumi sahəsi 100 min kvadratmetrə yaxın olan xəstəxana imkanlarına görə, tam standartlara cavab verir. Bu səhiyyə ocağında 570 xəstə çarpayısı, 70 reanimasiya yeri və 21 əməliyyatxana mövcuddur.