Yeni Klinika: Yaqub Zurufçunun vəziyyəti çox kritikdirbackend

Yeni Klinika: Yaqub Zurufçunun vəziyyəti çox kritikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Yeni Klinika-dan report-a bildirilib ki, sənətçinin vəziyyəti çox krtikdir.

“Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir”, – dey’ xəstəxanadan bildirilib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.