Yeni Klinikada Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib – FOTObackend

Yeni Klinikada Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə, tibb müəssisəsinin rəhbər heyəti, tibb və qeyri-tibb əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə klinikada çalışan xanım əməkdaşlar kollektiv tərəfindən təbrik edilib.

“Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev çıxış edərək xanım əməkdaşları səmimi qəlbdən təbrik edib.

Yeni Klinikada fəaliyyət göstərən 881 əməkdaşdan 557 nəfərin xanım çalışanlardan ibarət olduğunu bildirən baş həkim Azərbaycan qadınının bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyini və ölkəmizin nüfuzunun yüksəlməsinə böyük xidmət göstərdiyini xüsusi qeyd edib.

Daha sonra tibb müəssisəsinin tibb və qeyri-tibb əməkdaşları çıxış edərək öz təbrik və xoş arzularını kollektivlə bölüşüb.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.