Yeni Klinikada canlı yayımda icra olunan əməliyyatın görüntüsü – VİDEObackend

Yeni Klinikada canlı yayımda icra olunan əməliyyatın görüntüsü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada canlı yayımda professor Qurbanxan Müslümov tərəfindən minimal invaziv yolla icra olunan orqanqoruyucu əməliyyatın görüntüləri paylaşılıb.

NOCOMMENT.az xəbər verir ki, əllidən artıq iştirakçının qatıldığı toplantı zalına translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı xarici və yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, əməliyyat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə 21-25 aprel tarixlərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində icra olunub.

Həmin əməliyyatın görüntülərini təqdim edirk:

NOCOMMENT.AZ