Yeni Klinikada daha bir əməliyyat uğurla icra olundu – VİDEObackend

Yeni Klinikada daha bir əməliyyat uğurla icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb mərkəzində daha bir mürəkkəb əməliyyat uğurla icra olunub.

NOCOMMENT.az -ın məlumatına görə boyunda şiş şikayətilə tibb müəssisəsinə müraciət edən pasiyentdə aparılan müayinələr nəticəsində qalxanabənzər vəzinin sağ payında 3 sm ölçüsündə xoşxassəli düyün aşkarlanıb.

Ümumi cərrahlar Uzm. Dr. Elçin Əlizadə, Uzm. Dr. Alim Əkbərov və anestezioloq Dr. Lalə Əliyevanın iştirakı ilə xəstəyə unilateral ABBA üsulu ilə (endoskopik üsulla) boyunda kəsik aparılmadan sağ lobektomiya əməliyyatı icra edilib.

Peşəkar komandanın iştirakı ilə baş tutan uğurlu əməliyyatdan bir gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb.

NOCOMMENT.AZ