Yeni Klinikada daha bir mürəkkəb əməliyyat uğurla icra olundu – VİDEObackend

Yeni Klinikada daha bir mürəkkəb əməliyyat uğurla icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində daha bir mürəkkəb əməliyyat uğurla icra olunub.

NOCOMMENT.az xəbər verir ki, tibb müəssisəsinə “kəskin bağırsaq keçməzliyi, kəskin sidik ləngiməsi” şikayətləri ilə daxil olan pasiyentdə aparılan kompleks müayinələr nəticəsində qarın boşluğunda bütün çanağı tutan və oradan sağrı nahiyəsinə qədər uzanan 20-25 sm ölçüsündə irihəcmli törəmə aşkar olunub.

Sidik axarlarına, sidik kisəsinə, yoğun ve düz bağırsağa, magistral damarlara bitişərək sıxışdıran törəmənin götürülməsi üçün pasiyent əməliyyata alınıb.

Ümumi cərrahlar Dr. Elşən Qədimov, Uzman Dr. Elçin Əlizadə və anestezioloq-reanimatoloq Dr. Lalə Əliyevanın iştirakı ilə baş tutan əməliyyatda törəmənin qonşu orqanlara zərər vermədən xaric edilməsinə nail olunub.

Uğurla icra olunan əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb.