Yeni Klinikada fəaliyyət göstərən əməkdaşlara təlimlər keçirilib – FOTObackend

Yeni Klinikada fəaliyyət göstərən əməkdaşlara təlimlər keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində 2022-ci ilin sentyabr ayından etibarən klinikada fəaliyyət göstərən  əməkdaşlara ünsiyyət bacarıqları, xidmət mədəniyyəti, etik davranış qaydalarına dair təlimlər keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə Yeni Klinika rəhbərliyinin təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi əməkdaşları vətəndaş məmnuniyyətinin təmin edilməsi, etikanın mahiyyəti və əsas anlayışları, etik davranış və təşkilati mədəniyyət arasındakı qarşılıqlı əlaqə barəsində marifləndirməkdən ibarətdir.

Tanınmış təlimçi Anar Həsənov işgüzar münasibətlərdə etik vasitə kimi ünsiyyətin rolu və formaları, səmərəli ünsiyyətin texnikaları və tərkib hissələri, verbal ünsiyyət və fərqli vəziyyətlərdə ünsiyyət texnikaları, qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, danışıq mədəniyyəti, münaqişəli vəziyyətlərin və stresin idarə edilməsi kimi əhəmiyyətli mövzular haqqında təlimlər keçib.

Həftədə iki dəfə baş tutan təlimlərdə həmçinin xidmət mədəniyyətinin əsas təzahür formalarından biri olan şəxsiyyət tipləri və düzgün davranış texnikaları haqqında geniş məlumat verilib.

Qeyd edək ki, şəxsiyyət tipləri ilə bağlı vətəndaş-əməkdaş ünsiyyətinin canlandırılması üçün fərdi və komanda tapşırıqları da yerinə yetirilib.