Yeni Klinikada “Hemostaz ve onun pozğunluqları” müzakirə olundu – FOTObackend

Yeni Klinikada “Hemostaz ve onun pozğunluqları” müzakirə olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində beşinci tibbi seminar təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, təşkil olunan seminarda həkim-hematoloq Sevil Cəlilova “Hemostaz ve onun pozğunluqları” haqqında araşdırma apararaq geniş təqdimatla çıxış edib.

Hemostazın üç mərhələsinin olduğunu qeyd edən (primer hemostaz, sekonder hemostaz, fibrinoliz) həkim onun vacib elementlərinin damar divarı, trombositlər və laxtalanma faktorlarının olduğunu bildirib.

Hemostazın hər hansı bir mərhələsində pozğunluq müşahidə edildiyi təqdirdə qanaxmaya meyilliliyin yarandığını deyən Dr. Sevil Cəlilova ən çox rast gəlinən qanaxmalar haqqında da məlumat verib.

Onun sözlərinə görə dəri qanaxmaları (petexiya və eksimoz), asan göyərmə, burun qanaxmaları, diş əti qanaxmaları, menorragiya, hematoma və ya hemartroz, mədə-bağırsaq qanaxması, hematuriya, hemoptiz və beyindaxili qanaxmalar tez-tez rast gəlinən şikayətlərdəndir.

Müayinə və müalicə prsoseslərinin müzakirə olunduğu tibbi seminar sual-cavab sessiyası ilə yekunlaşıb.