Yeni Klinikada ilk dəfə İTS daxilində nefroureterektomiya əməliyyatı icra olundu – VİDEObackend

Yeni Klinikada ilk dəfə İTS daxilində nefroureterektomiya əməliyyatı icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq uroloji komanda tərəfindən İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində ikitərəfli nefroureterektomiya (hər iki böyrəyin sidik axarlarının böyük hissəsi ilə bərabər çıxarılması) əməliyyatı həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, 2011-ci ildə son mərhələ böyrək çatışmazlığı diaqnozu səbəbi ilə sağ tərəfli böyrək köçürülməsi əməliyyatı keçirən 1963-cü il təvəllüdlü Əhmədova Nəzmiyyət Soltanhəmid qızı Yeni Klinikaya müraciət edərək müayinə edilib.

İllər əvəl keçirdiyi əməliyyatdan sonra zamanla doğuşdan fəaliyyət göstərməyən böyrəklər təkrarlayan pielonefritlə fəsadlaşan sidik yolları infeksiyasına səbəb olub.

Daha sonra bu fəsadlar köçürülmüş böyrəkdə xroniki rəddetmə əlamətləri yaratdığı üçün pasiyentin müalicə həkimləri doğuşdan olan böyrəklərin çıxarılması üçün Yeni Klinikaya istiqamətləndirib.

Müvafiq müayinələr nəticəsində pasiyentdə əlavə olaraq bir neçə fəqərədə əlamətsiz keçən çökmə sınıqları da qeydə alınıb.

Nevroloq, neyrocərrah və həkim-infeksionistin nəzarətindən sonra tibb elmləri namizədi Dr. Emil Muxtarov, Dr. Azad Süleymanov, Dr. Məcid Haqverdiyev və rezident Dr. Elmin Xəlilovun iştirakı ilə pasiyentə ikitərəfli nefroureterektomiya əməliyyatı icra edilib.

Uğurlu əməliyyat keçirən pasiyent 12 saat sonra ayağa qaldırılaraq (mobilizasiya edilərək) sidik kateteri çıxarılıb və qida qəbul etməyə başlayıb.

Əməliyyatdan bir neçə gün sonra pasiyentə müvafiq tövsiyə və resept verilərək ambulator müalicəyə yazılıb.