Yeni Klinikada ilk dəfə olaraq koronar angioqrafiya proseduru icra olundu – VİDEObackend

Yeni Klinikada ilk dəfə olaraq koronar angioqrafiya proseduru icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə olaraq koronar angioqrafiya (anjio) proseduru icra olunub.

NOCOMMENT.az xəbər verir ki, 10 ildir şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkən 61 yaşlı qadın xəstə sürətli yeriyən zaman sinədə yanma, göynəmə şikayəti ilə Yeni Klinikaya müraciət edib.

Müayinə edildikdən sonra kardioloq Dr. Şahanə Ələsgərli tərəfindən koronar angioqrafiya proseduru uğurla icra olunaraq xəstəyə aorto-koronar şuntlama əməliyyatının icrasına qərar verilib.

Qeyd edək ki, koronar angioqrafiya ürəyi qidalandıran koronar arteriyalardakı darlıqları aşkar etmək üçün qızıl standart hesab edilən invaziv müayinədir .

Müayinə angioqrafiya cihazının altında arteriyalardan biri (90% halda biləkdəki radial arteriyadan istifadə edilir) punksiya edilərək xüsusi kateterlər vasitəsilə icra edilir.

Damarlarda darlıqlar aşkar edilərsə göstəriş olan halda eyni damardan müdaxilə edilərək ürəyi qidalandıran damardakı darlıqlar stent yerləşdirilməklə aradan qaldırılır.