Yeni Klinikada Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib – FOTObackend

Yeni Klinikada Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb mərkəzində 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

NOCOMMENT.az xəbər verir ki, tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tibb müəssisənin tibb və qeyri-tibb heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib.

Baş həkim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş ictimai-siyasi sabitliyin, sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Ramil Vəlibəyov bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda əsası Ümummilli Lider tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsindən, uzaqgörənliyindən, fədakarlığından söhbət açaraq Ümummilli Liderin xilaskarlıq missiyasından danışıb.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.