Yeni Klinikada mürəkkəb cərrahi əməliyyat uğurla icra olundu – VİDEObackend

Yeni Klinikada mürəkkəb cərrahi əməliyyat uğurla icra olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində daha bir mürəkkəb əməliyyat uğurla icra olunub.

NOCOMMENT.az xəbər verir ki, tibb müəssisəsinin təcili yardım şöbəsinə ürəkbulanma, qusma, qarında şişkinlik və ağrı ilə müraciət edərək müayinə olunan 64 yaşlı pasyientə düz bağırsağın aşağı yerləşimli törəməsi diaqnozu qoyulub.

Qısa zaman ərzində əməliyyata hazırlanan pasiyent ümumi cərrah uzman Dr. Alim Əkbərov tərəfindən müasir cərrahi üsul ilə “Laparoskopik çox aşağı ön rezeksiya + koloanal anastomoz + loop ileostomiya açılması” əməliyyatı icra olunub.

Dr. Alim Əkbərov və komandasının iştirakı ilə baş tutan uğurlu əməliyyatdan 1 həftə sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb.

 

 

NOCOMMENT.AZ