Yeni Klinikada növbəti tibbi seminar keçirildi – FOTObackend

Yeni Klinikada növbəti tibbi seminar keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində növbəti tibbi seminar keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə, təşkil olunan seminarda uşaq cərrahı Dr. Orxan Fərzəliyev elmi tədqiqatların aparılması və elmi məqalələrin yazılması haqqında araşdırma apararaq geniş təqdimatla çıxış edib.

Məqalə yazmaq qaydalarının 1978-ci ildə “İnternational Committee of Medical Journal Editors” tərəfindən müəyyənləşdirildiyini bildirən Dr. Orxan Fərzəliyev təqdimatda məqalənin  giriş (introduction), metodlar (methods), nəticələr (results), müzakirə (discussion) hissələri haqqında ətraflı məlumat verib.

Dr. Orxan Fərzəliyev araşdırmalarda əsasən yeni xəstəlik, diaqnoz və ya müalicə ilə bağlı nadir hallar və simptomlar arasındakı gözlənilməz əlaqələrin ifadə edildiyini bildirib.

Seminar sual cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, ayda iki dəfə baş həkim Cavid Paşayev və klinika əməkdaşlarının iştirakı ilə baş tutan tibbi seminarda müxtəlif mövzular araşdırılaraq kollektiv müzakirəyə çıxarılır.