Yeni Klinikada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildibackend

Yeni Klinikada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə, tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Xocalı faciəsinin şahidi İlqar Hüseyinov və klinika əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Cavid Paşayev Xocalı faciəsinin tarix boyu ermənilərin xalqımıza qarşı törətdiyi ən unudulmaz və sağalmaz yaralardan biri olduğunu bildirib.

Baş həkim Xocalı soyqırımı qurbanları və bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək hər birinin əziz xatirəsinin həmişə uca tutulduğunu qeyd edib.

Müəssisənin Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin həyata keçirildiyini bildirib.

Daha sonra Xocalı faciəsinin şahidi İlqar Hüseynov fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi cinayətlər barədə danışaraq bu hadisənin heç vaxt unudulmayacağını vurğulayıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika Xocalı anım mərasimi Yeni Klinika