Yeni Klinikanın cərrahiyyə komandasının növbəti uğuru – VİDEObackend

Yeni Klinikanın cərrahiyyə komandasının növbəti uğuru – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində mürəkkəb əməliyyatların icrası davam edir.

NOCOMMENT.az -ın məlumatına görə, tibb müəssisənin ümumi cərrahı Dr. Elşən Qədimov və komandası müasir cərrahiyyənin mürəkkəb və üst səviyyə əməliyyatlarından hesab olunan yoğun və düz bağırsaq törəmələrinin minimal invaziv (laparoskopik) yöntəmlə cərrahi müalicəsini həyata keçirib.

Bildirilir ki, tibb mərkəzinə müraciət edən, düz bağırsaq törəməsi diaqnozu qoyulmuş xəstəyə düz bağırsağın laparoskopik anterior (ön) rezeksiyası əməliyyatı uğurla icra edilib.

Qeyd edək ki, bu tip mürəkkəb cərrahi əməliyyatlar peşəkar cərrahi komanda və müasir avadanlıqlar sayəsində Yeni Klinikada həyata keçirilir.

NOCOMMENT.AZ