Yeni Klinikanın təlim mərkəzində müxtəlif istiqamətlərdə 30 təlim keçirilibbackend

Yeni Klinikanın təlim mərkəzində müxtəlif istiqamətlərdə 30 təlim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində müxtəlif  istiqamətlərdə həm daxili, həm də xarici təlimlər keçirilir.

NOCOMMENT.az xəbər verir ki, 2023-cü ilin yanvar ayından etibarən tibb müəssisəsinin təlim mərkəzində əşkil olunan 30 təlimdə 895 nəfər iştirak edib.

Belə ki, cari ilin yanvar ayından bu günədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif mövzularda 6 təlimi baş tutub. Bunlar – “Təməl Həyat Dəstəyi”, “Təkmil Həyat Dəstəyi”, “Acil Triaj, Tibb müəssisəndə İPİN”, “Uşaq təcili tibbi yardım və reanimasiya dərnəyi”, “Tibb bacılar üçün EKQ kursu” və “Mavi Kod” təlimləridir.

Müəssisədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “İnfeksiyaların qarşısının alınması və onlara nəzarət istiqaməti” mövzusunda 3 təlim təşkil edib.

Mərkəzdə UNİCEF tərəfindən “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair patronaj xidmətinin universal mütərəqqi modeli” istiqamətində 1 təlim keçirilib.

Bundan başqa tibb müəssisəsində Yeni Klinika rəhbərliyinin təşkilatçılığı ilə işgüzar münasibətlərdə ünsiyyətin rolu və formaları, səmərəli ünsiyyətin texnikası və tərkib hissələri, verbal ünsiyyət və fərqli vəziyyətlərdə ünsiyyət texnikaları, qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, danışıq mədəniyyəti, münaqişəli vəziyyətlərin və stresin idarə edilməsi kimi əhəmiyyətli mövzularda 4 təlim təşkil olunub.

Klinikada həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində tibb müəssisəsinin Keyfiyyətə nəzarət, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Statistika və arxiv, Yeməkxana şöbələri, İnfeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) komissiyasının müxtəlif mövzularda 16 təlimi baş tutub.

NOCOMMENT.AZ