Yeni Klinikanın tibbi seminarında xəstəxanadaxili infeksiyalar müzakirə edildi – FOTObackend

Yeni Klinikanın tibbi seminarında xəstəxanadaxili infeksiyalar müzakirə edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində növbəti tibbi seminar keçirilib.

NOCOMMENT.az-ın məlumatına görə təşkil olunan seminarda həkim-infeksionist İbrahim Rufullayev xəstəxanaya  yatdıqdan 48-72 saat sonra, xəstəxanadan evə buraxıldıqdan 10 gün ərzində meydana gələn xəstəxanadaxili infeksiyalar və həmin infeksiyaların müşahidəsi mövzusunda çıxış edib.

Dr. İbrahim Rufullayev xəstəxanadaxili infeksiyalara stasionar müalicə alan pasiyentlərin 5-10 faizində, Reanimasiya şöbəsində olan pasiyentlərin təqribən 20-30 faizində rast gəlindiyini bildirib.

Həkim-infeksionist infeksiyaların risk faktorları (insan orqanizminə bağlı olaraq və mikrobial faktorlar) haqqında da məlumat verib.

O, xəstəxanadaxili infeksiyaların risk faktorları arasında yaş, metabolik pozulmalar, immunsupressiv dərmanlar, travma, yanıq və artmış antibiotik istifadəsinin (flora  dəyişikliyi, dirəncli patogenlər) olduğunu qeyd edib.

İnfeksiyaların yayılması və müşahidəsi haqqında geniş müzakirələrin aparıldığı seminar sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, ayda iki dəfə klinika rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan tibbi seminarda müxtəlif mövzular araşdırılaraq kollektiv müzakirəyə çıxarılır.