Yeni Klinikaya müraciət edənlərin sayı 10 mini keçdibackend

Yeni Klinikaya müraciət edənlərin sayı 10 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 10 505 nəfər ambulator tibbi xidmət üçün müraciət edib.

NOCOMMENT.az-ın məlumatına görə 2023-cü ilin yanvar ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığorta üzrə stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 284, əməliyyat olunan pasiyentlərin sayı isə 300 nəfər təşkil edib.

Tibb müəssisəsinə müraciət edən vətəndaşlara isə ümumilikdə 52 443 ambulator tibbi xidmət göstərilib.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir.

Poliklinikada həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, Neyrocərrahiyyə, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.