Yeni komandanlıq NATO ərazilərinin müdafiəsi üçün əsas mərkəz olacaqbackend

Yeni komandanlıq NATO ərazilərinin müdafiəsi üçün əsas mərkəz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda ölkənin potensial uzunmüddətli hərbi konfliktlərə daimi hazırlığını təmin etmək məqsədilə yaradılan Birləşmiş Silahlı Qüvvələr Komandanlığı rəsmi olaraq fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Ruben Brekelmans Haaqadakı qərargahın açılış mərasimində bildirib.

Nazirin sözlərinə görə, yeni komandanlıq bütün silahlı qüvvələrin, o cümlədən kəşfiyyat və xüsusi əməliyyat qüvvələrinin fəaliyyətinin koordinasiyası üçün əsas mərkəz olacaq.

“Əvvəllər İraq, Əfqanıstan və ya Malidəki missiyalarımız əvvəlcədən planlaşdırıla və vaxtla məhdudlaşdırıla bilərdi. İndiki şəraitdə isə silahlı qüvvələr NATO ərazilərinin müdafiəsinə daimi hazır olmalıdır”, – deyə Brekelmans əlavə edib.