YENİ MÜHARİBƏ OCAĞI? – ABŞ Tayvanı gücləndirirbackend

YENİ MÜHARİBƏ OCAĞI? – ABŞ Tayvanı gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tayvan və Birləşmiş Ştatların tərəfdaşlığı güclənəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Tayvanlı lider ABŞ konqresmeni Cek Berqmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı deyib:

“İlk öncə fürsətdən istifadə edərək, ABŞ Konqresinə və Bayden administrasiyasına Tayvanın özünü-müdafiə məsələlərini diqqətdə saxladığına görə təşəkkür edirəm. Bundan əlavə, bu ay imzalanan birgə akt Tayvan üçün hərbi yardım büdcəsini özündə əks etdirir. Bu bizə silah tədarükünü sürətləndirmək üçün fürsət verir. Birləşmiş Ştatların bu dəstəyi birgə tərəfdaşlığı daha da gücləndirəcək”.

O, Ağ Evin yardımlarının Tayvanın özünün müdafiə sistemlərini gücləndirməsindəki roluna da toxunub.