“Yeni müharibə olacağı ilə bağlı bəyanatların heç bir real əsası yoxdur”- AÇIQLAMAbackend

“Yeni müharibə olacağı ilə bağlı bəyanatların heç bir real əsası yoxdur”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstənilən zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün və eyni zamanda, Cənubi Qafqazda daha sabit və stabil bir siyasi mühit üçün mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən praktiki formada tanınmalıdır.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Tural İsmayılovv

 

Bundan əvvəl Qazaxın 4 kəndi qaytarıldı, indi isə Qazaxın 3 kəndi və Sədərəkin Kərki kəndini Ermənistan Azərbaycana qaytarmalıdır. Bu Azərbaycanın ərazi bütövlüyünün Ermənistan və Beynəlxalq Hüquq tərəfindən tanınmış prinsipləridir.

Kərki Kəndi

“Azərbaycanın anklav kəndlərinin Azərbaycan yurisdiksiyasına qayıtması hansısa bir formada Ermənistan dövlətinin silinməsinə başlanğıc ola bilməz. Bu gün Ermənistanda müəyyən faşist və radikal revanşist qüvvələr bu məsələni hansısa formada Ermənistan dövləti üçün təhlükə kimi təqdim edərək, cəmiyyətdə müharibə əhval-ruhiyyəsi yaratmağa çalışırlar”.

Politoloq qeyd edir ki, hal-hazırkı situasiyada Ermənistanın bütün təxribatlarına rəğmən, real bir müharibənin başlanması gözlənilmir. Artıq, delimitasiya və demarkasiyada uğurlar var.

“Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 80% razılaşması məsələsi var.
Ermənistanda hər hansı ekspertlərin, revanşistlərin, separatçı düşüncəli siyasi meyitlərin vəziyyəti gərginləşdirmək və Ermənistan ictimai rəyində xaosu gücləndirmək üçün, guya yeni müharibə olacağı ilə bağlı bəyanatlarının heç bir real əsası yoxdur.

İlham Əliyev

İstənilən halda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycan bir dövlət etikası nümayiş etdirərək əlindən gələni edib. İndi isə sıra Ermənistandadır və Ermənistan ağlına başına toplayaraq normal, real addımlar atmağı bacarmalıdır”.

 Aişə Əbdülova