Yeni müharibənin başlaması… – Bölgəmizdə fərqli situasiya yaranıbbackend

Yeni müharibənin başlaması… – Bölgəmizdə fərqli situasiya yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev ötən gün YAP-ın 7 ci qurultyaındakı çıxışında etiraf etdi ki, ermənilər 10 noyabr müqaviləsinin Zəngəzurla bağlı bəndinə əməl etməkdn boyun qaçırırlar, yəni dəhliz məsələsində inadkarlıq sərgiləyirlər. Görəsən, belə getsə, ermənilərə daha bir “Dəmir yumruq” lazım olacaqmı, yoxsa Ermənistanın nigahdankənar əri hesab olunan Rusiya onu başa sala biləcək?

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlının sözlərinə görə, ermənilərin bu ərköyünlüyünə çox dözmək lazım deyil, onları başa düşəcəkləri dildə yola gətirmək olar:

“Ermənistandakı həm hakimiyyətdə, həm də müxalifətdəki qüvvələr 10 noyabr razılaşmasının Ermənistanın xeyrinə olmadığını sıx sıx dilə gətirirlər. Həmin razılaşmada əsas maddələrdən biri budur. Naxçıvana dəhlizin açılması. Həm də bu maddə hardasa ermənilərə Xankəndi və digər yerlərə gedib – gəlmək üçün Laçından verilən koridorun alternatividir. Bu dəhliz olmayacaqsa, o zaman Laçın koridoru da olmayacaq. Məsələ bu qədər bəsitdir. Amma bu faktdır ki, Zəngəzur koridorunun açılması ilə bağlı hakimiyyətə təzyiq edirlər. Onu uzatmağa çalışırlar. Burada komunikasiya xətlərinin açılması ilə bağlı üç ölkənin baş nazir müavinləri martın 1-nə qədər təkliflərini ümumiləşdirib təqdim etməli idi. Bunu Ermənistan qəsdən gecikdirir. Ölkədəki gərginliyin artması Ermənistan hakimiyyətinin, konkret olaraq Paşinyana da bəhanə vermişdir. Həm Paşinyan, həm də müxaliflər 10 noyabr bəyanatının bu hissəsinin – Naxçıvana yolun açılması bəndini açıq şəkildə pozmaq istəyirlər. Bu dəhlizin açılmasının Ermənistana faydası barədə danışanlar daşqalaq edilir. Bu məsələylə bağlı ən çox canfəşanlıq edən “köhnələrdir”- Koçaryan, Serj Sarkisyan və onların klanlarında təmsil olunanlar. Bir dəfə də demişdim, erməni cəmiyyəti Azərbaycanla əməkdaşlığa hələ hazır deyil, onlar düşdükləri siyasi və iqtisadi böhrandan çıxış yolu aramırlar, buna qabiliyyətləri çatmır, gözlərini şovinizm və qisasçılıq hissləri örtüb. Azərbaycanla yeni bir müharibəyə hazırlaşmaqdan daha çox danışırlar, nəinki düşdükləri quyudan çıxmaq yollarına aramaq barədə.

Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün prinsipial məsələdir və bu müharibənin ən önəmli qazanımlarından biridir. Əgər buna mane olurlarsa Azərbaycanın “dəmir yumruğu“ işə düşməlidir. Azərbaycan prezidenti də son çıxışında bunlara işarə vurdu. Bəziləri deyirlər ki, Rusiya sülhməramlılarının burada olması əl-qolumuzu bağlayıb. Mən bunu belə hesab etmirəm. Savaşdan əvvəl də deyənlər vardı ki, Qarabağı azad etməyə qalxsaq Rusiya bizə qarşı tədbirlər görəcək, onlar Azərbaycan xalqını bilərəkdən və ya bilməyərəkdən qorxudurdular. O zaman mən yazmışdım ki, beynəlxalq hüquq bizim tərəfimizdə olduğu təqdirdə Rusiya heç nə edə bilməz. Hələ biz bir başlayaq, sonra baxarıq Rusiyanın mövqeyinin nə olacağına…İndi bölgəmizdə fərqli bir situasiya var. Türkiyə bütün qüdrəti ilə buradadır. Biz nədən qorxmalıyıq. İndi də o fikirdəyəm ki, əgər Ermənistan razılaşmalara əməl etmirsə, Rusiyanın fikrini öyrənmədən sərt tədbirlər görülməlidir. Yeni müharibənin başlaması Ermənistan adlı dövləti xəritədən siləcəkdir. Ermənistan bu yolun açılmasına qarşı çıxsa bizim birinci işimiz Laçın koridorunu tamamən bağlamaq olmalıdır. Amma mən ehtimal etmirəm ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq belə bir “intihar” girişimində bulunsunlar”.
Moderator.az