Yeni nazir keçmiş nazirin adamlarını işdən çıxardıbackend

Yeni nazir keçmiş nazirin adamlarını işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev Nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki,vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus “AzİnTelekom” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.

Bundan başqa, Nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad ediliblər. R.Quluzadənin hər iki köməkçisini özü ilə yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) apardığı deyilir.