Yeni nazir kollektivə təqdim olundubackend

Yeni nazir kollektivə təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

NOCOMMENT xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

Tədbirdə idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar da iştirak ediblər.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qurumda nəzərdə tutulan yeniliklər, planlar yeni nazir işə başladıqdan sonra açıqlanacaq. Atılacaq addımlar barədə də ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov gənclər və idman naziri təyin edilib.