Yeni nazir Türkiyədə görüşlər keçirdibackend

Yeni nazir Türkiyədə görüşlər keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri zamanı bir sıra görüşlər həyata keçirib.

NOCOMMENT xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

R.Nəbiyev ötən gün ilk olaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə müzakirələr aparıb.

“Görüşdə tranzit, nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Qardaş Türkiyə ilə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirəm”, – deyə o qeyd edib.

Nazir türkiyəli həmkarı Mustafa Varankla görüşündə isə innovativ sahədə əməkdaşlıqla bağlı müzakirələr apardığını deyib: “Bu gün Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdə İKT və innovasiyalar üzrə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Layihələrin həyata keçirilməsi və Türkiyənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiq edilməsi barədə razılığa gəldik”.