Yeni ordusu deşifrə edilən Putindən NATO-ya xəbərdarlıq: Vuracağıq!backend

Yeni ordusu deşifrə edilən Putindən NATO-ya xəbərdarlıq: Vuracağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xersondan çıxarılması ilə müharibə yeni mərhələyə qədəm qoyarkən Putinin “yeni ordusu” meydana çıxdı.

NOCOMMENT.az xəbər verir ki, görüntülərin qısa zamanda dünyanın bir nömrəli gündəminə çevrildiyi bir vaxtda Rusiyadan NATO-ya xəbərdarlıq gəldi.

Qırmızı xəttini açıqlayan Moskva bu xəttin keçiləcəyi təqdirdə vurulacaq hədəflərini açıqladı.

Cəbhədə böyük itkilər verən Rusiyanın yeni ordu formalaşdırdığı məlum olub.

Paytaxt Moskvadan 200 kilometr kənarda yerləşən Tuladan görüntülər sosial mediada və Rusiyanın yerli mətbuatında yer alıb. İngilltərədə “Daily Mail” qəzetində yer alan xəbərə görə, görüntülərdə tərəfdar qruplara mənsub yeni əsgərlərin döyüş üçün təlim keçdiyi əks olunub.

Son bir neçə həftə ərzində Rusiya Ukraynanın elektrik və su şəbəkələrini hədəfə alır. NATO isə ölkənin əsas infrastrukturunu qorumaq üçün Ukraynaya “Patriot” sisteminin göndərilməsini müzakirə edir.

Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyev alyansın Ukraynaya “Patriot” raket batareyaları tədarük edəcəyi təqdirdə NATO-nun Rusiya ordusunun hədəfinə çevriləcəyini açıqlayıb.

“Əgər NATO Kiyevdəki fanatiklərə şəxsi heyəti və “Patriot” sistemini göndərsə, onlar dərhal silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, – Medvedyev bildirib.

Medvedyev həmçinin Ukraynanın ABŞ-ın verdiyi raketlərdən istifadə edəcəyi təqdirdə Moskvanın qərbdəki şəhərlərə hücum edəcəyini bildirib.

Jalə Bədirova

NOCOMMENT.az