Yeni plan: Rəqibləri Paşinyanı ifşa etməyə hazırlaşırlarbackend

Yeni plan: Rəqibləri Paşinyanı ifşa etməyə hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“20 İyun seçkilərindən sonra Nikol Paşinyan özünü komandadan təcrid edib. Baş nazir nadir hallarda böyük görüşlər təşkil edir və əsasən müavini Suren Papikyanla ünsiyyət qurur”

NOCOMMENT yenisabah-a istinadən erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Hraparak” nəşri yazıb.

“Eyni zamanda hakim komandada formalaşan qruplaşmalar da güclənir və aralarındakı ziddiyyətlər o dərəcədə artıb ki, onlar bir-birlərinə nifrət edirlər. Paşinyan da öz növbəsində, Matağ (erməni xristian ənənəsində Allaha şükür olaraq kəsilmək üçün nəzərdə tutulmuş bir quzu və ya xoruz-red.) üçün hədəflər seçir və başa düşür ki, artıq bu şəxslərin qurban seçilməsiylə öz siyasi reytinqini qaldırmaq mümkün deyil.”

“Hökumətdəki mənbələrimizə görə, Paşinyan keçmiş baş nazirin müavini Tiqran Avinyanın əsas hədəfidir. Yaxın gələcəkdə Avinyanın ən böyük məqsədi, Paşinyanı vəzifəsindən kənarlaşdırmaq, hətta Baş nazirin korrupsiyaya bulaşdığını göstərərək, onu ifşa etməkdir.”

“Yeri gəlmişkən, Avinyan İrəvan merliyinə namizəd olmaq istəyir və ehtimal edilir ki, o, öz oyununa başlayacaq. Gözlənilir ki, ilk növbədə Avinyan öz partiyasını yaradaraq, hökümətə ərizə təqdim edəcək. Gəzən şayiələrdən biri də budur ki, Paşinyan bu vəzifəni Xaçatur Sukiasyana söz verib. Baş nazir özü qədər güclü olan Avinyanın belə yüksək vəzifəyə namizəd olmasında meyilli deyil. Çünki o, hazırki İrəvan meri Hayk Marutyan kimi özünə zidd adamın bu posta gəlməsini əsla istəməz.