Yeni qəsəbənin adı deputatları narazı saldı – AÇIQLAMAbackend

Yeni qəsəbənin adı deputatları narazı saldı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Qeyd edək ki, bu adın qoyulması bəzi deputatların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirən Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib ki, həmin ərazini yerli əhali “Qurdlar otlağı” adlnadırıb. “Təbii ki, belə bir adı yaşayış massivinə verə bilməzdik. Ona görə də hesab edirəm ki, yaşayış massivinə Şəfəq adının verilməsi daha məqsədəuyğun hesab edilib. Elə bu ad Azərbaycanın bugünkü inkişafı ilə həmahəng səslənir”, – komissiya sədri deyib.

Milli Məclis sədri Sahibə Qafarova da məsələyə öz reaksiya verərək deyib ki, çox yaxşı addır. “Adı mübarək olsun”, – spiker qeyd edib.