“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsi silsilə tədbirlərin keçirilməsi ilə bağlı satınalma proseduruna start verib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 39.828,08 manat təşkil edir.
Məlumata görə, tədbirlərin təşkili ilə bağlı xidmətlərin satın alınması qanunvericiliyə uyğun qaydada həyata keçiriləcək.
Xatırladaq ki, bu ilin fevralında Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.