Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – AÇIQLAMA – VİDEObackend

Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Bakıda mənzil bazarında qiymətlər ildən-ilə durmadan artır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusilə yeni tikili binalardan mənzil almaq hər kəs üçün əlçatan deyil.

Yeni tikili binalarda daxili kreditlə satışa çıxarılan mənzillər əksər hallarda 36 və 60 aylıq kredit şərti ilə təklif edilir. Paytaxtda mənzil qiymətlərinin 100 min manatdan baha olduğunu nəzərə alsaq, yeni mənzil sahibi olmaq istəyənlər aylıq ortalama iki min manatdan çox pul ödəməlidirlər.

Əmlak ekspertlərinin sözlərinə görə, 3 və 4 otaqlı mənzillərdə qiymətlər yüksək olduğundan bəzi binalarda aylıq ödəniş 5 min manatdan da çox olur. Şirkətlər isə daxili kredit müddətinin uzadılmasının marağında deyillər.

Ekspertlər onu da bildirirlər ki, tikinti şirkətləri investisiyanı əksər hallarda biznes kreditləri hesabına əldə edir. Elə buna görə də onlara xərclərin qısa müddətdə ödənməsi maraqlıdır.

Onların sözlərinə görə, tələb təklifdən çox olduğundan və əsas investisiya aləti kimi bir çox insanın daşınmaz əmlakı seçməsi səbəbində mənzil bazarında qiymətlərin daha da artması qaçılmazdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.