Yeni tikili, yoxsa köhnə bina… – Haradan mənzil alaq?backend

Yeni tikili, yoxsa köhnə bina… – Haradan mənzil alaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən vətəndaşlar mənzil alarkən seçim qarşısında qalırlar: köhnə tikili, yoxsa yeni bina? Bəziləri köhnə tikililərin daha möhkəm və qiymət baxımından münasib olduğunu, yeni binalarda isə əlavə xərclərin çoxluğunu qeyd edirlər. Digərləri isə əksinə, yeni tikililərin müasir və rahat olduğunu, uzunmüddətli perspektivdə daha sərfəli gəldiyini bildirirlər.

Bəs,əslində hansı mənzili almaq daha sərfəlidir?

Mövzunu NOCOMMENT.az-a əmlak eksperti Ramil Osmanlı şərh edib:

“Bu barədə uzun illərdir müzakirələr gedir. Kimlərsə, yeni tikili binalardan mənzil almağa üstünlük verir. Digərləri isə köhnə binalardan seçim edir. Hər bir halda müşahidələr göstərir ki, yeni binalar fonunda köhnə mənzillərə maraq sayı sürətlə azalır. Təbii ki, müasir insan daha əlverişli, yaşayış standartlarının tələblərinə uyğun olan, geniş, işıqlı mənzildə yaşamaq istəyir. Amma demək olmaz ki, vətəndaşların hamısı yeni tikili binalara müraciət edir. Elə insanlar var ki, şəhər mərkəzinə yaxın ərazilərdə yaşamaq istəyir. Mərkəzə yaxın binalarda yeni tikililərin qiyməti baha olduğu üçün onlar köhnə binalara üz tutur. Hər il ənənələr dəyişir. Bu mənada köhnə tikililərdən mənzil alanlar olsa da, yeni binalardan alış edənlərin sayı sürətlə artır. Yəqin ki, bir neçə illər keçəndən sonra biz köhnə tikililər haqda keçmiş zamanda danışmalı olacağıq. Odur ki, bu məsələ iqtisadi imkanlara, zövqə və istəyə bağlıdır”