Yeni vəzifəyə təyin olunmuşam – Nizami Xudiyevin oğlubackend

Yeni vəzifəyə təyin olunmuşam – Nizami Xudiyevin oğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş deputat Nizami Xudiyevin oğlu Nazim Xudiyev vəzifədən azad olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, Nazim Xudiyev saytımıza açıqlamasında bildirib ki, bu gün mediada “Nizami Xudiyevin oğlu işdən çıxarıldı” başlığı ilə haqqında həqiqətə uyğun olmayan xəbər yayılıb:

“Qeyd etmək istəyirəm ki, mənim iş yerim dəyişdirilib və Bakı Şəhər Prokurorluğunda İdarə prokurorluğunun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşam”.