“Yeni vilayətlərimizə” hücum edilir – Rusiya XİNbackend

“Yeni vilayətlərimizə” hücum edilir – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri Ukrayna rəhbərliyindən hücum əməliyyatlarını və Rusiyanın yeni ərazilərinin (Ukraynanın işğal edilən əraziləri nəzərdə tutulur – red.) işğalını davam etdirməyi tələb edir, lakin bu planlar iflasa məhkumdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu illər ərzində neonasist Kiyev rejimini bəsləyən kollektiv Qərb onu itaətkar alətə çevirib. Ukraynanın köməyi ilə onlar Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışır. Bu gün Qərb ölkələri Kiyevdən hücumu davam etdirməyi tələb edir və Rusiyanın “yeni vilayətlərinin ərazisini” işğal edirlər. Onlar bu cür planların iflasa məhkum olduğunu anlayırlar. Lakin bu siyasətin qarşılığının minlərlə günahsız insanın həyatı bahasına olması onlar üçün əhəmiyyətli deyil”, – məlumatda deyilir.

axar.az