Yeni virus nə dərəcədə təhlükəlidir? – Ölkə sərt karantin rejiminə keçə bilərmi? – AÇIQLAMAbackend

Yeni virus nə dərəcədə təhlükəlidir? – Ölkə sərt karantin rejiminə keçə bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli ölkədə son günlər uşaqlar və böyüklər arasında yayılan virusun kəskinləşməsi, karantin rejiminin tətbiq olunacağı barədə suallara aydınlıq gətirib. 

NOCOMMENT.az xəbər verir ki, Deputat Pravda.az-a açıqlamasında deyib ki, yeni yayılan virus qış ayları üçün xarakterikdir:

Deputat: “Yaxın zamanlarda təcili yardımların xidmət keyfiyyətinin daha da  yüksəlməsinin şahidi olacağıq” Pravda.az

“Düzdür, fərqli simptomlar özünü göstərir, pnevmoniya ehtimalı var, ağciyərlərdə proses digər dövrlərlə müqayisədə daha çətin və ağır gedir. Xəstəliyin müddəti də uzun çəkir. Bu baxımdan fərqi var. Amma ümumilikdə, havaların kəskin soyuması dövründə orqanizmin müqavimətinin aşağı düşməsi nəticəsində belə hallar gözləniləndir”.

M.Məmmədli xatırladıb ki, hazırda Azərbaycanda karantin rejimi davam edir: “Ara-sıra bizim ölkəmizdə və digər ölkələrdə COVİD19-a yoluxmalar aşkar olunur. Azərbaycanın səhiyyə sistemi isə buna hazırlıqlıdır. Kifayət qədər anti-epidemik tədbirlər görülür. Bir müddət öncə Səhiyyə Nazirliyinin yuxarı tənəffüs yollarının xəstəliklərinin yayılması ilə bağlı müraciəti olmuşdu. Məncə, əlavə tədbirlərə ehtiyac olmayacaq. Çünki ölkə bu istiqamətdə kifayət qədər hazırlıqlıdır”.