Nigeriyanın cənubunda yayılmış virus nəticəsində 21 nəfər ölüb.
NOCOMMENT.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lassa qızdırması ölümcül ola bilən virusdur. İlk 1969-cu ildə Nigeriyada qeydə alınıb.
Xəstəlik insanlara siçan nəcisi, sidik və ya tüpürcək yolu ilə keçir. Virusa yoluxma riski tibb işçiləri arasında yüksək səviyyədədir.
Hazırda Nigeriada sözügedən virusa yoluxmuş 240 nəfər var. Lakin virus üçün xüsusi bir peyvənd tapılmayıb.