Evləri var, özü də çoxmərtəbəli yeni tikilən binada. Ancaq qeydiyyata düşə bilmirlər… Çünki yaşadıqları binaya 10 ildir ki, çıxarış verilmir…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Yeni Yasamal Əsəd Əhmədov küçəsi 27 f ünvanından gedir. Sakinlər 10 ildir ki, tikilən, təhvil verilən binadakı mənzillərə çıxarış verilmədiyini bildirirlər.
Gənc mütəxəssislərin binası deyilən 14 mərtəbəlidə 200-dək mənizilin olduğu bildirildi. Bütün mənzil sahibləri də eyni vəziyyətdən əziyyət çəkirlər.
Binanı tikən ANT tikinti şirkətindən bildirildi ki, binaya çıxarış verilməsi üçün Fövqəladə hallar nazirliyinin rəyini gözləyirlər. Lakin proses yubanır.
Yasamal rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, FHN-in müvafiq rəyinin əsasında sakinlər çıxarış ala biləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.