Yeni Zelandiya da TikTok qadağasına qoşulurbackend

Yeni Zelandiya da TikTok qadağasına qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada, ayın sonundan etibarən millət vəkilləri və parlament işçilərinin istifadə etdiyi telefonlarda TikTok tətbiqinin olması qadağandır.

NOCOMMENT.az xəbər verir ki, TikTok tətbiqinin təhlükəsizlik səbəbi ilə qadağan edildiyi açıqlanıb.

Ayın sonundan etibarən qüvvəyə minəcək qadağanın ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, parlament binasındakı təxminən 500 nəfərə şamil ediləcəyi vurğulanıb.

Parlament xidmətlərinin rəhbəri Rafael Qonzales-Montero, qərarın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verildiyini izah edib.

NOCOMMENT.AZ