Yeni Zelandiyada məsciddə insanları öldürən terrorçuya hökm oxundubackend

Yeni Zelandiyada məsciddə insanları öldürən terrorçuya hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Kristçurş şəhərindəki Nur və Linvud məscidlərinə silahlı hücum edərək 51 nəfəri öldürən və 48 şəxsi yaralayan Brenton Tarrantın məhkəmə prosesi başa çatıb.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, hakim Kameron Manderin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, terrorçu ömürlük həbs cəzasına məhkum edilib.

Eyni zamanda hakim Brenton Tarrantı vaxından əvvəl azadlığa çıxmaq hüququndan da məhrum edib.